Təhsil eksperti Nadir İsrafilov vəfat edib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə həmkarları sosial şəbəkə hesablarında paylaşım edib.
Qeyd edək ki, Nadir İsrafilov 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunda doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib. Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.
Allah rəhmət eləsin.