Azedu.az

Avropa çempionu olacağına söz vermişdi... - Sözünü tutdu! - Video

Xəbərlər

28 İyun 2025, 14:45
Avropa çempionu olacağına söz vermişdi... - Sözünü tutdu! - Video

Azərbaycanlı cüdoçu Rəsul Əlizadə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə Avropa çempionatının qalibi olub.

AzEdu.az xəbər verir ki, idmançımız finalda Matteo Qualandini məğlub edərək milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb.

Azərbaycan Cüdo Federasiyası sosial şəbəkə hesabında Rəsulun uşaq yaşlarından Avropa çempionu olmağı hədəflədiyi videosunu yayımlayıb.

Kadrlarda cüdoçumuzun balaca olarkən gələcəkdə Avropa çempionu olacağı barədə söz verməsi əks olunub.

Sözügedən görüntüləri təqdim edirik:

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox