2025-ci ilin yanvar-may aylarında Böyük Britaniyaya 76 400 tələbə vizası müraciəti qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29% artım deməkdir.
AzEdu.az xəbər verir ki, artım, post-study iş icazələrinin məhdudlaşdırılmasına baxmayaraq, tələbələrin Birləşmiş Krallıqda təhsilə olan marağının davam etdiyini göstərir.
Mütəxəssislər bu tendensiyanı Britaniya universitetlərinin beynəlxalq səviyyədə hələ də cəlbedici qalması ilə əlaqələndirirlər.