Azedu.az

Britaniyada məzunlara iş tapmaq çətinləşib – səbəb süni intellektdir

Xəbərlər

27 İyun 2025, 17:55
Britaniyada məzunlara iş tapmaq çətinləşib – səbəb süni intellektdir

Böyük Britaniyada universiteti yeni bitirən məzunlar son yeddi ilin ən zəif iş bazarı ilə üzləşir. “Indeed” platformasının məlumatına görə, gənc məzunlar üçün elan edilən vakansiyaların sayı ötən illə müqayisədə 33% azalıb. Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, ümumilikdə, iyunun ortalarına olan iş elanları mart ayının sonu ilə müqayisədə 5% azalıb. Bunun əsas səbəbləri kimi işəgötürənlər üçün artırılan vergilər və aprel ayından qüvvəyə minmiş minimum əməkhaqqı dəyişiklikləri göstərilir.

“Indeed”in baş iqtisadçısı Cek Kennedinin sözlərinə görə, bu göstəricilər əmək bazarının tədricən zəiflədiyini göstərir. Onun fikrincə, işəgötürənlər hazırkı heyəti saxlamağa üstünlük verir, süni intellekt isə xüsusilə gənc mütəxəssislərin hədəfləndiyi giriş səviyyəli peşələr üçün risk yaradır.

Məlumata əsasən, Birləşmiş Krallıq pandemiyadan əvvəlki dövrlə müqayisədə vakansiya sayı azalan yeganə əsas iqtisadiyyatdır.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox