Avstraliyalı tələbələr şəxsi təhlükəsizlik, gizlilik və ABŞ-nin dəyişkən siyasi mühiti ilə bağlı narahatlıqlar səbəbilə ABŞ-də təhsil və mübadilə proqramlarında iştirakdan imtina edirlər.
AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ABŞ vizası üçün sosial media hesablarının yoxlanılması və sərt təhlükəsizlik prosedurları tələbələri qorxuya salır. Tramp administrasiyası dövründə viza rədd halları da artıb.
Bəzi akademiklər və tələbələr ABŞ-da konfrans və tədbirlərdən də uzaq dururlar. Avstraliya universitetləri isə bu şəraitdə Avropa ilə daha sıx əməkdaşlığa yönəlirlər.