Azedu.az

Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı

Xəbərlər

27 İyun 2025, 13:59
Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı

Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.

AzEdu.az  xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.

Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox