Azedu.az

Generalların təhsili...

Xəbərlər

26 İyun 2025, 11:23
Generalların təhsili...

26 İyun Silahlı Qüvvələr Günü Azərbaycan tarixində ordu quruculuğunun və milli gücün rəmzidir. Bu günün arxasında dayanan güc isə sadəcə silah yox, ona rəhbərlik edən insanların zəhməti və təcrübəsidir. Hərbi forma daşıyan bu insanlar illərini təhsilə, intizama və vətənə xidmətə həsr ediblər.  Onların keçdiyi yol bu günkü güclü ordunun təməlini formalaşdırıb.

AzEdu.az bu münasibətlə həmin rəhbərlərin hansı təhsil mərhələlərindən keçdiyini araşdırıb.

 

Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki. Azərbaycan Respublikasının müdafiə naziri , (MN) Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Quliyev Elçin İsağa oğlu, 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir. 

 

Quru Qoşunlarınının Komandanı General-polkovnik Mirzəyev Hikmət İzzət oğlu, 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.
1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.


1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.
1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.
1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  rəisi  Nağıyev Əli Nağı oğlu 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil almışdır.

 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin birinci müavini Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur.

 

Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı General-leytenant İslamzadə Namiq Sərəfruz oğlu 7 may 1974-cü ildə Bərdə rayonunda anadan olub.
1991-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra 1996-cı ilədək Türkiyə Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib.
2011-2013-cü illər ərzində Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb.

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini — Azərbaycan Daxili Qoşunlarının komandanı Şahin İsgəndər oğlu Məmmədov,  10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.

O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.

Ş. Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb.

Vətənimizi qoruyan qəhramanlara təşəkkür edirik! Eşq olsun Azərbaycan Ordusuna!

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox