Azərbaycan Respublikasında 26 iyun Silahlı Qüvvələr Günü rəsmi olaraq 1992-ci ildən etibarən qeyd olunur. Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu istiqamətində atdığı ilk addımla ilk hərbi hissənin yaradılması ilə bağlıdır.
AzEdu.az bu münasibətlə Azərbaycanın Müdafiə nazirlərinin təhsilinə nəzər salıb.
Vahid Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Belə ki, o, 1955-ci ildə 176 №-li orta məktəbə gedib, 1966-cı ildə həmin məktəbi fərqlənmə ilə bitiribdir. 1966-cı ildə Bakı Dövlət Universitetinin Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub və 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakültəni bitirib.
1978–1981-ci illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. O, Azərbaycan Respublikası müdafiə nazirinin müavini və müdafiə naziri olub.(1993).
Məmmədrəfi Məmmədov 1942-ci ilin 4 fevralında Quba şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikomuna daxil olub. 1967-ci ildə Tambov şəhərindəki artilleriya-texniki məktəbini bitirib və leytenant rütbəsinə yüksəlib. Bununla da o, Almaniyadakı Sovet Qoşunu qrupuna daxil edilir. Həmçinin o,1973-cü ildə baş leytenant Məmmədov Logistika və Nəqliyyat Hərbi Akademiyasına daxil olub.
2 sentyabr 1993-cü ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə Məmmədrəfi Məmmədov müdaifə naziri vəzifəsinə təyin olunub.
Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub.1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirib.
1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub.
Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
22 oktyabr 2013-cü ildən etibarən Azərbaycan Respublikasının Müdafiə naziri kimi fəaliyyət göstərir.