Tanınmış təhsil eksperti Nadir İsrafilovun vəziyyəti kritikdir.
AzEdu.az xəbər verir ki, N.İsrafilov Avropa Beynəlxalq Hospitalında reanimasiyaya yerləşdirilib.
Bu barədə Nadir İsrafilovun həmkarı məlumat verib. Onun sözlərinə görə, əvvəlcə öd kisəsində problem yaranıb, daha sonra isə təzyiqində kəskin düşmə müşahidə olunub. Həmkarı bildirib ki, hazırda Nadir İsrafilovun təzyiqi sıfır səviyyəsində olub və həkimlər dərman və iynələr vasitəsilə onu yüksəldiblər.