Futbolun yaranma tarixi dəqiq məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi.
Bir çox uşaqların arzusu böyüyəndə məşhur futbolçu olmaq və milyonlar qazanmaqdır. Buna görə də onlar gündəlik dərs öyrənməkdən imtina edərək bütün diqqətlərini futbola yönəldirlər. Amma futbol tarixində elə oyunçular var ki, məşhur futbolçu olmaqla yanaşı eyni, zamanda da universitet məzunudurlar.
AzEdu.az onların bir qismini diqqətinizə çatdırır.
Qreym Le So
O, “Çelsi” komandasında oynadığı zamanlarda yaddaşlarda qalan fransızəsilli ingilis futbolçusudur. Qreym Le So İngiltərə milli komandasının da şərəfini qoruyub. 1998-ci ildə keçirilən Dünya Çempionatında millisinin heyətində yer alıb. O, Kinqston Universitetinin məzunu olub.
Oliver Birhoff
Alman futbolçu Oliver Birhoff “Euro 96” finalında Çexiyaya vurduğu 2 qolla ölkəsinə qələbə qazandırıb. O, Hagen Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olub.
Slaven Biliç
Köhnə Yuqoslaviyada doğulan futbolçu Slaven Biliç Split Universitetinin hüquq fakültəsinin məzunudur. Biliç eyni zamanda alman, italyan, ingilis dilində də sərbəst şəkildə danışa bilir.
Dennis Berqkamp
Niderlandlı keçmiş futbolçu Dennis Berqkamp peşəkar futbolçu karyerasına 1986-cı ildə başlayıb. O, İngiltərənin “Arsenal” klubunun unudulmaz futbolçularından biridir. Dennis Berqkamp Amsterdam Universitetinin məzunudur.
Şaka Hislop
O, Vaşinqtonun Hovard Universitetinin fərqlənmə diplomu ilə məzunudur. Şaka Hislop futbol həyatına atılmadan əvvəl NASA internatura edib və Karib Hövzəsində aparılan bir layihədə yer alıb. Peşəkar futbolçu həyatına isə “Reading”də başlayıb. Hislop 2007-ci ildə futbola vida edib.
Frenk Lempard
İngilis futbolçu olan Frank Lampard ın ali təhsili yoxdur. Amma buna baxmayaraq o, “Brentwood school” u çox yüksək nəticələrlə bitirib. Çelsidə oynadığı zamanlarda komanda IQ testi edildi və Lampardın IQ səviyyəsi 150 oldu.
Sokrates
Sokrates Braziliyanın əfsanəvi futbolçusu olmaqla yanaşı eyni zamanda fəlsəfə doktoru idi.
Fethi Heper
Fethi Heper Türkiyənin əfsanəvi futbolçularından biridir. O, Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyasında təhsil alıb.