Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin sonuncu günüdür. Belə ki, bu gün fizika və informatika fənnini tədris edən müəllimlər sertifikasiyadan keçəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, iyunun 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 1550 təhsilverən (741 fizika, 809 informatika) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.