Azedu.az

16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı

Xəbərlər

25 İyun 2025, 08:49
16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı

Abşeronda 16 yaşlı qızı qaçıran rayonun Aşağı Güzdək qəsəbə məscidinin imam müavini Turab Tahirov vəzifəsindən azad edilib.

AzEdu.az Teleqrafa istinadla xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Ramin Məmmədov əmr imzalayıb.

“Turab Tahirovin vəzifədən azad olunması barədə əmr “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndinə uyğun olaraq imzalanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndində göstərilir ki, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdiyi halda tutduğu vəzifədən uzaqlaşdırıla bilər”, – qurumdan bildirilib.

Qeyd edək ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Əliqan oğlu Tahirov qəsəbədən 16 yaşlı qız qaçırıb.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox