Azedu.az

Xaricdə təhsil alanlara qismən akademik tanınma üçün müraciət müddəti uzadılıb

Xəbərlər

24 İyun 2025, 15:45
Xaricdə təhsil alanlara qismən akademik tanınma üçün müraciət müddəti uzadılıb

Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun şəkildə həyata keçirilir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) AzEdu.az-a bildirilib ki, qaydaların 5.9-cu bəndinə əsasən, xarici ölkələrdə natamam ali təhsil alan şəxslər təhsillərini Azərbaycan Respublikasının ali təhsil müəssisələrində davam etdirmək üçün ilkin mərhələdə qismən akademik tanınma üçün TKTA-ya müraciət etməlidirlər. Qismən tanınma əldə edildikdən sonra həmin şəxslər ali təhsil müəssisələrinə köçürülmək hüququ əldə edirlər.

Köçürülmə prosesi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi...” qaydalarına uyğun olaraq həyata keçiriləcək.

Agentlikdən qeyd olunub ki, qismən tanınma şəhadətnaməsi yalnız köçürülmə üçün müraciət hüququ verir və bu sənəd Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə prosesində tələb olunan sənədlərdən biridir.

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma üçün müraciət müddəti iyulun 7-si saat 18:00-dək uzadılıb. İştirak etmək istəyənlərə müraciətlərini elektron qaydada göndərmək tövsiyə olunur. Qeyd olunan tarix və saatdan sonra edilən müraciətlər qəbul edilməyəcək.

Müraciət zamanı aşağıdakı tələblərə xüsusi diqqət yetirilməsi tövsiyə olunur:

- Akademik transkript apostil möhürü ilə leqallaşdırılmalı və qəbul tarixi aydın şəkildə göstərilməlidir;

- Təhsil müddətində toplanmış kreditlərin ümumi AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır;

- Transkript təhsil müddətindəki bütün akademik göstəriciləri əhatə etməli və yekun sənəd olmalıdır;

- Transkript ingilis, rus və türk dillərindən başqa dildədirsə, notarial qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi təqdim olunmalıdır;

- Sənədlərin orijinallığını daha tez təsdiqləmək üçün onların QR kodlu və ya elektron imzalı versiyalarının təqdim olunması tövsiyə olunur.

Ətraflı məlumatla agentliyin saytəndan tanış ola bilərsiniz.

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox