Azedu.az

Xarici tələbələr üçün təhsil xərclərinə əlavə vergi

Xəbərlər

24 İyun 2025, 15:57
Xarici tələbələr üçün təhsil xərclərinə əlavə vergi

2025-ci il iyulun 1-dən etibarən Malayziyada qüvvəyə minəcək yeni qanunvericiliyə əsasən, ölkənin özəl təhsil müəssisələrində təhsil alan xarici tələbələr üçün 6 faiz dəyərində xidmət vergisi (SST) tətbiq ediləcək. Vergi özəl məktəblər, kolleclər, universitetlər və dil mərkəzlərinə şamil olunacaq. Qanun yalnız Malayziya vətəndaşı olmayan tələbələri əhatə edir. Dövlət təhsil müəssisələri isə bu vergi yükündən azaddır.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, yeni qaydalara əsasən, əgər özəl məktəb bir tələbədən illik olaraq RM60,000-dan çox təhsil haqqı alırsa, o zaman SST üçün qeydiyyata düşmək məcburiyyətində qalacaq. Ali təhsil müəssisələri və dil mərkəzləri isə, xarici tələbə qəbul etdikləri təqdirdə, dövriyyədən asılı olmayaraq vergi qeydiyyatına alınmalıdırlar.

Malayziya Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, bu tədbirin əsas məqsədi ölkənin fiskal mövqeyini gücləndirmək, vergi bazasını genişləndirmək və əhalinin əksəriyyətinə əlavə yük yaratmadan dövlət gəlirlərini artırmaqdır.

Lakin bu addım təhsil sektorunda müəyyən narahatlıqlara səbəb olub. British Council yaydığı bəyanatda bildirib ki, tətbiq ediləcək vergi həm beynəlxalq tələbələrin sayına, həm də Malayziyada fəaliyyət göstərən Birləşmiş Krallıq təhsilli proqramlara təsir edə bilər. Qurumun fikrincə, xüsusilə qiymətə həssas olan inkişaf etməkdə olan ölkələrdən gələn tələbələrin seçimində bu dəyişiklik həlledici rol oynaya bilər.

Qeyd edək ki, Malayziya 2025-ci ilə qədər 250,000 xarici tələbə cəlb etməyi hədəfləyir. Bu məqsəd ölkənin 2015–2025-ci illəri əhatə edən Təhsil İnkişaf Planında öz əksini tapıb.

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox