Azedu.az

DİQQƏT: Uşaqlara bu adların verilməsinə yol verilmir

Xəbərlər

24 İyun 2025, 09:27
DİQQƏT: Uşaqlara bu adların verilməsinə yol verilmir

Valideynlər övladlarına ad seçərkən bəzən ənənəvi dəyərlərə, bəzən dini, tarixi şəxsiyyətlərə, bəzən də dövrün dəbinə uyğun seçim edirlər. Bu səbəbdən də hər il verilən adlar arasında yeni və qeyri-adi adlar ön plana çıxır.

Maraqlıdır,  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaqlara hansı adların qoyulmasına icazə yoxdur? 

Mövzu ilə bağlı AzEdu.az Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq adların, ata adlarının və soyadların verilməsi, həmçinin onların dəyişdirilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir:

"Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Qadağan olunan adların siyahısı mövcud deyil.

Lakin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən uşağın mənafeyinə xələl gətirəcək, habelə cinsinə uygun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir".

İsrail-İran müharibəsi bitdi - Tam atəşkəs əldə olundu
Son xəbərlərDaha çox