Müşahidə olunan transekvatorial tac dəliyinin təsiri ilə 24-25 iyunda G1 (zəif qasırğa) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.
AzEdu.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, Günəş küləyi sürətinin müşahidə olunan tac dəliyinə bağlı olaraq normadan yüksək qalacağı gözlənilir. 23-29 iyun tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji yüklü proton selinin aktiv regionlara bağlı olaraq səviyyələrinin yüksəlməsi ehtimalı var. Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-40%, orta coğrafi enliklərdə isə 30-1%-dir.