Azedu.az

2022-2024-cü illərdə elmə bu qədər vəsait ayrılıb

Xəbərlər

23 İyun 2025, 11:26
2022-2024-cü illərdə elmə bu qədər vəsait ayrılıb

2022–2024-cü illər ərzində Azərbaycan Respublikasında elmin maliyyələşdirilməsi istiqamətində dövlət büdcəsindən ayrılan vəsaitlərdə müəyyən artım müşahidə olunur. Belə ki, 2022-ci ildə elmə 167,8 milyon manat ayrıldığı halda, bu göstərici 2023-cü ildə 193,6 milyon manata, 2024-cü ildə isə 197,2 milyon manata çatıb.

AzEdu.az Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, elmə ayrılan bu vəsaitlərin ümumi daxili məhsula (ÜDM) nisbəti 2022-ci ildə 0,13 faiz təşkil edib.

Növbəti illərdə bu göstərici artaraq 2023 və 2024-cü illərdə 0,16 faiz səviyyəsində olub. Bu da göstərir ki, ÜDM-in tərkibində elmin payında müəyyən irəliləyiş qeydə alınıb.

Dövlət büdcəsinin ümumi xərcləri kontekstində isə elmə ayrılan vəsaitlərin payı 2022-ci ildə 0,52 faiz, 2023-cü ildə 0,53 faiz, 2024-cü ildə isə yenidən 0,52 faiz olub. Bu göstəricilər elm sahəsinin dövlət büdcəsindəki payının sabit qaldığını göstərir.

Ümumilikdə, 2022–2024-cü illər ərzində elm sahəsinə ayrılan dövlət vəsaitlərində nisbi artım müşahidə edilir.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox