Azedu.az

ABŞ ali təhsili zəifləyir, Asiya universitetləri sürətlə yüksəlir

Xəbərlər

23 İyun 2025, 09:21
ABŞ ali təhsili zəifləyir, Asiya universitetləri sürətlə yüksəlir

Dünyanın ən nüfuzlu universitet reytinqi olan QS World University Rankings 2026 açıqlanıb. İlk dəfə olaraq Asiya universitetləri sayca Avropanı qabaqlayaraq liderliyə yüksəlib. ABŞ və Böyük Britaniya isə mövqelərində itkilərlə üzləşir.

AEzdu.az-ın xarici mənbələrdən əldə etdiyi məlumata əsasən QS-nin açıqladığı 2026-cı il reytinqinə görə, 106 ölkədən 1500-dən çox universitetin nəticələri təhlil olunub. ABŞ 192 universitetlə ən çox təmsil olunan ölkə olsa da, universitetlərin çoxu bəzi əsas göstəricilər üzrə zəifləmə yaşayıb. Məsələn, akademik reputasiya, beynəlxalq tədqiqatçı və tələbə cəlbi sahəsində geriləmələr müşahidə edilir.

Böyük Britaniya da oxşar çətinliklərlə qarşılaşır; 61% universitet mövqeyini itirib. Lakin Imperial College London ikinci yeri qoruyub saxlayır.

Asiya universitetləri isə dinamik yüksəlişdədir. Çin və Hindistanın aparıcı universitetləri sıralamada xeyli irəliləyib. Pekin Universiteti 14-cü, Hindistanın IIT Delhi isə 123-cü pilləyə qalxıb.

Almaniya, Niderland, Belçika kimi Avropa ölkələrinin universitetləri də ümumi yaxşılaşma nümayiş etdirib. Skandinaviya ölkələri tələbə təcrübəsi və dayanıqlıq sahəsində liderliklərini davam etdirir.

Latın Amerikası universitetləri isə ümumilikdə reytinqdə geriləmə ilə üzləşib; yeganə istisna Buenos Ayres Universitetidir.

QS reytinqi universitetlərin tədqiqat gücü, işəgötürənlərin rəyi, beynəlxalq əlaqələr və tələbə təcrübəsi kimi 9 fərqli indikator əsasında hazırlanır.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox