2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər
AzEdu.az xəbər verir ki, 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məktəblərdə üstünlük hüququ tətbiq olunur.
Prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur və qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək.
Prioritet tətbiq edilən məktəblərin siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
Ətraflı:
//edu.gov.az/.../2025/MH%20%C3%9CST%C3%9CNL%C3%9CK.pdf