Azedu.az

Universitetdə müəllim olmaq istəyənlər üçün fürsət - Vakansiya var

Xəbərlər

Universitetlər

21 İyun 2025, 11:06
Universitetdə müəllim olmaq istəyənlər üçün fürsət - Vakansiya var

Karyerasını universitetdə müəllim olaraq davam etdirmək istəyənlər üçün Mingəçevir Dövlət Universitetindən gözəl bir fürsət

AzEdu.az xəbər verir ki, minimum 3 il sənaye və istehsalatda və ya pedaqoji istiqamətdə çalışmış, ən azı magistr məzunu olan şəxslər universitetimiz tərəfindən elan edilmiş müəllim vakansiyalarına müracət edə bilərlər! 

Eləcə də, yeni magistr məzunu olub özünə güvənən gənc kadrlar da müraciət edə bilərlər! ?

Humanitar fənlər kafedrası üzrə vakansiyalar:

Multikulturalizmə giriş;

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya;

Fars dili;

Əski Azərbaycan yazısı;

Məntiqi və tənqidi təfəkkür;

Orta məktəbdə ədəbiyyat kursunda test tapşırıqlarının həlli metodikası;

Avropa tarixi;

Etika və estetika;

Sosiologiya;

Fəlsəfə.

Maraqlanan şəxslər CV, diplomun surətini (qiymət vərəqəsi) və iddia etdikləri fənn yaxud fənlər üzrə uyğun sillabusu hazırlayıb 2025-ci ilin 12 iyul tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Sayta keçid etsəniz digər kafedralar üzrə vakansiyalarla da tanış ola bilərsiniz: //mdu.edu.az/mdu_vknsy/

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox