"Sertifikatlaşdırma imtahanları ölkə üzrə vahid sistem vasitəsilə izlənilir. Bu sistem müasir texnoloji infrastrukturla təmin olunub və ədalətli, şəffaf və etibarlı imtahan mühiti yaradır".
Bunu AzEdu.az-a açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, bütün müəllimlərə eyni suallar təqdim olunur və bu suallar yalnız məktəb proqramı əsasında hazırlanır.
"Bu da obyektiv və ədalətli qiymətləndirmə üçün imkan yaradır", - deyə o qeyd edib.