Xəbər verdiyimiz kimi dünəndən etibarən müəllimlərin sertifikasiya imtahan prossesinə başlanıb.
Bu haqqda bir çox müəllim müraciət edərək bildirir ki, dünən keçirilən sertifikasiya imtahanında həyəcan səbəbindən imtahanın sonunda nəticələrinə baxmağı unudublar.
Bəs bu halda həmin müəllimlərin imtahan nəticələri keçərli sayılırmı? Əgər nəticələr qəbul olunursa, onlar öz nəticələrini necə və haradan öyrənə bilərlər?
AzEdu.az mözvu ilə bağlı Məktəbəqədər Ümum Təhsil Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edən təhsilverənlərin nəticələri haqqında məlumat namizədlərin müvafiq sistemdəki şəxsi kabinetlərinə göndərilir.