Azedu.az

Anasını qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub

Xəbərlər

18 İyun 2025, 16:44
Anasını qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub

Anasını qətlə yetirməkdə təqsirləndirilən Sadiq Beybudlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzEdu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sadiq Beybudlu 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, Yardımlı rayon sakini, 20 yaşlı Sadiq Beybudlunun Şüvəlan qəsəbəsində kirayədə yaşadığı evdə 40 yaşlı anası Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirməsinə, sonra boynunu sındıraraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, daha sonra anasının qeyri-rəsmi nikah münasibətində yaşadığı 39 yaşlı Elvin Allahverdiyevə taxta parçası ilə xəsarət yetirib. Sadiq Beybudlu şübhəli şəxs qismində saxlanılıb və prokurorluğa təhvil verilib.

 

Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox