Azedu.az

5 yaşlı uşaq yük avtomobilin altında qalaraq ölüb

Xəbərlər

16 İyun 2025, 21:08
5 yaşlı uşaq yük avtomobilin altında qalaraq ölüb

Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.

AzEdu.az xəbər verir ki,  hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid Sulxayev “Kamaz” markalı yük avtomobilin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox