Azedu.az

Şabranda ağır qəza: Azyaşlı həlak oldu

Xəbərlər

15 İyun 2025, 13:40
Şabranda ağır qəza: Azyaşlı həlak oldu

2025-ci il iyunun 14-də saat 15:30-da Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

 

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilov Teyyub Məmməd oğlunun idarə etdiyi "Hyundai SantaFe" markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.

 

Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin - sürücünün oğlu, 2022-ci il təvəllüdlü Fəhad Teyyub oğlu Xəlilov hadisə yerində həyatını itirib. Digər sərnişinlər - 1962-ci il təvəllüdlü Abdullayeva Sevinc və 1988-ci il təvəllüdlü Abdullayeva Şəbnəm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox