Azedu.az

Şıx çimərliyində boğulan gənclərin FOTOSU

Xəbərlər

15 İyun 2025, 17:17
Şıx çimərliyində boğulan gənclərin FOTOSU

Şıx çimərliyində boğularaq ölən iki şəxsin görüntüləri yayılıb.

AzEdu.az Oxu.Az-a istinadən həmin fotoları təqdim edir:

Qeyd edək ki, 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev Şəki, 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayev isə Cəlilabad rayon sakinidir.

 

 

 

 

13:17

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfər batıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox