Azedu.az

Miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilir

Xəbərlər

15 İyun 2025, 08:04
Miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilir

Rusiya Dövlət Dumasında miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilib.

AzEdu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, belə bir təkliflə Dumanın əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri, Liberal Demokrat Partiyasının (LDPR) nümayəndəsi Yaroslav Nilov çıxış edib.

Deputat dövlətin əcnəbi vətəndaşları pulsuz təhsillə təmin etməsinə etiraz edib.

"Rusiyada miqrantların uşaqları üçün məktəblərdə pulsuz təhsil ləğv olunmalıdır, həmçinin rus dili üzrə testin verilmə cəhdlərinin sayı məhdudlaşdırılmalıdır", - deyə o bildirib.

Nilov hesab edir ki, miqrantların uşaqlarının təhsili üçün ödənişi onların valideynləri, işəgötürənləri, səfirliklər, fondlar və ya xarici dövlətlər etməlidir, Rusiya vergiödəyiciləri deyil. Onun sözlərinə görə, bölgələrin büdcəsindən miqrant uşaqlarına kurslar təşkil etmək üçün vəsait ayrılması yolverilməzdir.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox