Azedu.az

İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

Xəbərlər

14 İyun 2025, 11:16
İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

Yaxın günlərdə məktəbəhazırlıq qruplarına da qəbul proresi başlayacaq.


AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində keçirilən Son Zəng tədbirində iştirakı zamanı deyib.


21 iyun 2025-ci il tarixindən etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.


Qeyd edim ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.


Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək.

Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir.

 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox