Azedu.az

Bu ölkənin mütaliə səviyyəsi 20 ilin ən aşağı göstəricisidir

Xəbərlər

11 İyun 2025, 17:00
Bu ölkənin mütaliə səviyyəsi 20 ilin ən aşağı göstəricisidir

Britaniyada aparılmış yeni araşdırmaya görə, uşaqlar və yeniyetmələr arasında oxumağa maraq son iki onillikdə ən aşağı həddə çatıb. Xüsusilə 11-16 yaşlı oğlanlar arasında bu azalma daha qabarıq müşahidə olunub.

Son bir ildə oğlanlar arasında demək olar ki, bütün yaş qruplarında oxuma həzzi azalıb. Qızlar arasında isə bu göstərici ya sabit qalıb, ya da bir qədər yüksəlib.

AzEdu.az xarici mənbələrdən adığı məlumata əsasən, Milli Savadlılıq Fondu tərəfindən keçirilən İllik Savadlılıq Sorğusu çərçivəsində 5-18 yaş arası 114,970 məktəbli ilə oxuma vərdişləri haqqında sorğu aparılıb.

8-18 yaşlı qızların 39,1%-i asudə vaxtlarında oxumaqdan həzz aldıqlarını bildiriblər. Bu göstərici oğlanlar arasında isə cəmi 25,7% olub. Qızlar oxumağı daha çox psixoloji rahatlıq və emosional dəstək məqsədilə seçdiklərini deyiblər. Həm oğlanlar, həm də qızlar oxumağı maraq və bilik əldə etmək üçün oxşar səviyyədə seçdiklərini qeyd ediblər.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox