Azedu.az

Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırma aparılıb

Xəbərlər

10 İyun 2025, 18:58
Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırma aparılıb

Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, araşdırma çərçivəsində müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

 

Xatırladaq ki, mayın 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin ibtidai sinif müəlliminin 1-ci sinif şagirdlərinin ağzını "skoç"ladığını əks etdirən görüntüləri paylaşılmışdı

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox