Ali təhsil müəssisələrinin məzunlarının (bakalavrların) magistraturaya qəbul imtahanının nəticələri təqdim edilib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Belə ki, qəbul imtahanında ən zəif nəticəni Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreqrafiya Akedemiyasının məzunları göstərib. İmtahanda bu təhsil müəssisələrinin, müvafiq olaraq 150 və 33 məzunu iştirak edib. Həmin məzunların bütün fənlərdən topladıqları balların orta qiyməti, müvafiq olaraq, 32.8 və 30.9-dur.
Magistratura səviyyəsinə ən yüksək qəbuloma faizi Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Tibb Universitetinin məzunlarına məxsusdur.
Bakı Ali Neft Məktəbinin 159 məzunundan 128-i, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 320 məzunundan 243-ü, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 112 məzunundan 83-ü və Azərbaycan Tibb Universitetinin 164 məzunundan 120-si magistratutraya qəbul olub.