"7 iyun 2025-ci il tarixində 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib".
AzEdu.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən bildirilib.
"Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə mərhum Dərya Ağayevanın qarpızdan zəhərlənərək öldüyü iddia edilirdi.
10:41
Bakıda gənc qız zəhərlənmədən vəfat edib.
AzEdu.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.
Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.
D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.
Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.
Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır.