Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlərə metodik dəstək məqsədilə 12 iyun tarixində saat 16:00-da “Məntiqi və riyazi təfəkkürün inkişafı” mövzusunda vebinar keçiriləcək.
AzEdu.az xəbər verir ki, vebinarda spiker qismində Bakı şəhəri 320 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimləri Gülnar Əliyeva və Ülkər Qədimova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.