Azedu.az

Şirvan məktəblisi Gürcüstanda qızıl medal qazanıb

Xəbərlər

10 İyun 2025, 10:20
Şirvan məktəblisi Gürcüstanda qızıl medal qazanıb

Şirvan məktəblisi Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə qalib olub.

AzEdu.az xəbər verir ki, 5-9 iyun tarixlərində baş tutan turnirdə 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zidan Hümbətov 55 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Azərbaycan millisinin heyətində çıxış edən Şirvan boksçusu həm də Şirvan Olimpiya İdman Kompleksinin yetirməsidir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox