Azedu.az

Attestatlar bu tarixdə VERİLƏCƏK

Xəbərlər

9 İyun 2025, 16:12
Attestatlar bu tarixdə VERİLƏCƏK

Bu il 116 222 nəfər şagirdimiz XI sinfi bitirir. 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

Qeyd edək ki ,məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox