Azedu.az

Malayziyada avtobus qəzasında 15 tələbə vəfat edib - YENİLƏNİB

Xəbərlər

9 İyun 2025, 14:28
Malayziyada avtobus qəzasında 15 tələbə vəfat edib - YENİLƏNİB

Malayziyanın Perak ştatında avtobus və minik avtomobilinin toqquşması nəticəsində azı 15 universitet tələbəsi ölüb, daha 33-ü xəsarət alıb.

Bu barədə AzEdu.az TASS-a istinadla xəbər verir.

Məlumata görə, 15 nəfərdən 13-ü hadisə yerində, daha ikisi isə xəstəxanada ölüb.

Nəqliyyat vasitələri eyni istiqamətdə hərəkət ediblər. Toqquşma nəticəsində avtobus aşıb, minik avtomobili isə çuxura düşüb.

 

 

 

10:20

Malayziyanın Gerik şəhərində tələbələri daşıyan avtobusun toqquşması nəticəsində azı 15 nəfər ölüb, 33 nəfər yaralanıb.

AzEdu.az .az xarici mətbuata istinadla xəbər verir ki, avtobus magistral yolda digər avtomobillə toqquşub və aşıb. Onun içərisində 43-ü tələbə olmaqla, 48 nəfər olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox