Azedu.az

İki gənc Erməni sakini azaraq Azərbaycana keçib

Xəbərlər

6 İyun 2025, 12:47
İki gənc Erməni sakini azaraq Azərbaycana keçib

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.

AzEdu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

İran ermənilərin olduğu məhəlləni vurdu
Son xəbərlərDaha çox