1901-ci ildən bəri hər il insanlığa xidmət edənlərə, bəşəriyyətə böyük töhfə vermiş şəxslərə Nobel mükafatı təqdim olunur. 117 il ərzində 590 Nobel mükafatı öz sahibinə çatıb.
Onların arasında fərdi olaraq Nobelə sahiblənən Azərbaycan alimi olmayıb. Amma bu alimlərimizin hər zaman bu mükafatdan tam kənarda qalması demək deyil.
Azedu.az vaxtilə Bakıda yaşayıb, burada orta və ali məktəb oxuyan alim, eləcə də Azərbaycanı təmsil edərək qrup şəklində Nobel sertifikatını qazanan elm adamları haqqında süjeti təqdim edir.