Azedu.az

Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan gənclərin bilik və bacarıqları qiymətləndirilib

Xəbərlər

5 İyun 2025, 15:26
Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan gənclərin bilik və bacarıqları qiymətləndirilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı kurslarını başa vurmuş gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılıb.

Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ümumilikdə 30 nəfər qiymətləndirilib.

Agentliyin İctimaiyyətlə əlqələr və kommunikaiya şöbəsindən AzEdu.az-a verilən məlumata görə, əlilliyi olan gənclər “Kompüter istifadəçisi”, “Kişi bərbəri”, “Qadın bərbəri”, “Aşpaz köməkçisi”, “Montajçı operator”, “Manikür”, “Dərzilik”, “Rəssamlıq”, “Xalçaçılıq”, “Dulusçuluq” və “Bədii oyma” peşələri üzrə öyrəndiklərini nümayiş etidiriblər.

İmtahan komissiyasının rəyinə əsasən, kursu uğurla başa vurduqlarına görə 14 nəfərə müvafiq peşə üzrə, 16 nəfərə isə ilkin peşə vərdişi qazandıqlarına və özünəxidmət bacarıqları əldə etdiklərinə görə müvafiq şəhadətnamələr təqdim edilib.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox