Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompütertexnologiyaları fakültəsinin III kurs tələbəsi Zülayə Mahmudova “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” mövzusunda keçirilən yazı müsabiqəsində I yerə layiq görülüb.
AzEdu.az xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən təşkil olunan müsabiqədə BMU tələbəsi “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri” kateqoriyası üzrə çıxış edib.
Onun təqdim etdiyi yazı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin qalibi olub. BMU tələbəsinə müvafiq sertifikat və hədiyyə təqdim edilib. Qeyd edək ki, müsabiqəyə ümumilkdə 60-dan çox müraciət daxil olub.