Azedu.az

Təhsildən yayınanların çoxu oğlanlardır - Rəsmi STATİSTİKA

Məktəblər

Dövlət İmtahan Mərkəzi (DİM)

Şagirdlər

5 İyun 2025, 14:25
Təhsildən yayınanların çoxu oğlanlardır - Rəsmi STATİSTİKA

Dövlət İmtahan Mərkəzinin 2024-2025-ci tədris ili üzrə qəbul və buraxılış imtahanlarının nəticələri əsasında hazırlanan statistik məlumatlar təhsildən yayınma hallarını bir daha gündəmə gətirib.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, 2022-ci ildə 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən məzunların 60 faizi oğlan, 40 faizi isə qız olub.

 

Bu kateqoriyaya daxil olan şagirdlərin 69 faizi kənd, 31 faizi isə şəhər yerlərində yaşayır.
 

2024-cü ilə aid göstəricilər də oxşar tendensiyanı göstərir. Belə ki, tam orta təhsilini başa vurmuş şagirdlərin təxminən 13 faizi ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd təqdim etməyib.

 

Bu qrupun da 69 faizini oğlanlar, 31 faizini isə qızlar təşkil edir.

 

Statistik məlumatlar təhsildən yayınma hallarının daha çox oğlan şagirdlər arasında müşahidə olunduğunu ortaya qoyur.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox