Azedu.az

Mübariz İbrahim adına Təhsil Kompleksi “Kembric Beynəlxalq Məktəbi” statusunu qazanıb

Xəbərlər

Məktəblər

4 İyun 2025, 19:59
Mübariz İbrahim adına Təhsil Kompleksi “Kembric Beynəlxalq Məktəbi” statusunu qazanıb

Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksi artıq dünyanın 160-dan çox ölkəsində milyonlarla şagirdin təhsil aldığı 10 mindən artıq Kembric məktəbindən biri olub.

AzEdu.az xəbər verir ki, 150 illik tarixi olan bu təhsil proqramı Kembric Universitetinin yaratdığı təhsil modelidir.

Kompleksdə ilkin mərhələdə 5-11 yaşarası şagirdlər (məktəbəqədər – V sinif) Kembric kurikulumu əsasında təhsil alacaqlar.

Qeyd edək ki, tədrisi yalnız ingilis dilində aparılan Kembric proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə sistemi, effektiv və yenilikçi tədris metodları, eləcə də müasir tədris infrastrukturu tələb olunur.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox