Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.
Abituriyentlər həyəcanla imtahan nəticələrinin açıqlanmasını gözləyir.
Məsələ ilə bağlı AzEdu.az DİM-ə sorğu ünvanlayıb.
Mərkəzdən bildirilib ki, mayın 25-də keçirilən imtahanların nəticələrinin bayram günlərindən sonra elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, həmin qəbul imtahanları Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunmuşdu.
Ümumilikdə, imtahanda 54 247 abituriyent iştirak edib.