Azedu.az

Yüksək bal toplayanlar Qarabağ Universitetinə maraq göstərib - STATİSTİKA

Xəbərlər

Universitetlər

Dövlət İmtahan Mərkəzi (DİM)

3 İyun 2025, 12:23
Yüksək bal toplayanlar Qarabağ Universitetinə maraq göstərib - STATİSTİKA

2024-cü il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu məlumatlarda müxtəlif universitetlərə qəbul olan abituriyentlərin orta balları və qəbul meyilləri əks olunub. Xüsusilə, işğaldan azad olunmuş Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinə olan maraq və qəbul göstəriciləri diqqət çəkir.

 

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

 

Belə ki, işğaldan azad olunmuş Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinə cari ildə ilk dəfə tələbə qəbulu aparılıb.

 

Bu universitetin ixtisaslarına qəbul olan abituriyentlərin orta balları I qrup üzrə 475.103, II qrup üzrə 396.757, III qrup üzrə 531.323, IV qrup üzrə 465.369 bal olub.

 

Beləliklə, ilk dəfə qəbul aparılmasına baxmayaraq, yüksək hazırlıqlı abituriyentlərin Qarabağ Universitetinə marağı və istəyi böyük olub.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox