Azedu.az

İxtisas seçiminə kimlər buraxılacaq? - Şərtlər AÇIQLANIB

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

3 İyun 2025, 12:00
İxtisas seçiminə kimlər buraxılacaq? - Şərtlər AÇIQLANIB

Azərbaycan Respublikası üzrə ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərin ixtisas seçiminə buraxılma şərtləri müəyyən bal hədləri ilə tənzimlənir.

 

Bu bal hədləri ixtisas qruplarına və tədris dilinə görə fərqlənir. Həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılan yerlər üzrə iştirak hüququ üçün abituriyentlər həm ümumi bal, həm də imtahan mərhələləri üzrə minimum tələbləri ödəməlidirlər.

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata görə qruplar üzrə ixtisas seçimi aşağıdakı şərtlərə əsasən aparılır.

 

I ixtisas qrupu üzrə qəbul şərtləri:

 

I qrup ixtisaslarının müsabiqəsinə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Dövlət ali təhsil müəssisələrinin (ADA universiteti, İtaliya-Azərbaycan Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Türkiyə-Azərbaycan Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak hüququ qazanırlar.

 

I ixtisas qrupunun “Meliorasiya mühəndisliyi”, “Texnologiya müəllimliyi” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər iştirak edə bilər.

 

“Agromühəndislik”, “Aqronomluq”, “Balıqçılıq”, “Meşəçilik”, “Şərabçılıq”, “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu və şəhər əmlakının kadastrı” və “Zoomühəndislik” ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasları, I qrup üzrə dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilər.

 

II ixtisas qrupu üzrə qəbul şərtləri:

 

II qrup ixtisaslarının müsabiqəsinə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Dövlət ali təhsil müəssisələrinin (ADA universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilər.

 

II ixtisas qrupunun “Marketing”, “Biznesin idarə edilməsi”, “Turizm bələdçiliyi” və “Turizm işinin təşkili” ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

 

III ixtisas qrupu üzrə qəbul şərtləri:

 

III qrup ixtisaslarının müsabiqəsinə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Dövlət ali təhsil müəssisələrinin (ADA universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilər.

 

Dövlət ali təhsil müəssisələrinin (ADA universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)”, “Xarici dil müəllimliyi (dil)” və “Beynəlxalq münasibətlər” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

 

III ixtisas qrupunun “Muzey, arxiv işi və abidələrin qorunması”, “Sosial iş” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər iştirak edə bilər.

 

IV ixtisas qrupu üzrə qəbul şərtləri:

 

IV qrup üzrə ixtisaslarının müsabiqəsinə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilər.


IV ixtisas qrupunun “Ekologiya” ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edirlər (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edirlər).

 

V ixtisas qrupu üzrə qəbul şərtləri:

 

V qrup üzrə ixtisas seçimində “Bağçılıq və tərəvəzçilik”, “Baytarlıq təbabəti”, “Bitki mühafizəsi” və “Su bioehityatları və akvakultura” ixtisasları üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edirlər.

 

161559

TƏCİLİ! Netanyahudan şok açıqlama - Xamenei MƏHV EDİLƏCƏK!
Son xəbərlərDaha çox