Azedu.az

Oxuyub-yazmağı bacarmayan şagirdlər bu rayonlardadır...

Xəbərlər

3 İyun 2025, 10:33
Oxuyub-yazmağı bacarmayan şagirdlər bu rayonlardadır...

Azərbaycanda 5 nəfər 9-cu sinif şagirdi oxuyub-yazmağı bacarmır.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən nəşr olunan “Abituriyent 12” jurnalında qeyd olunub.

Jurnalda qeyd edilir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər  Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarındadırlar.

DİM oxuyub-yazmağı bacarmayan şagirdlərin daha çox olduğunu istisna etmir.

Qeyd edək ki, bu məlumatı 2024-cü ili əhatə edir. Ötən ilin hesabatına görə, 2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox