Azedu.az

Türkiyədə zəlzələ: 14 yaşlı uşaq dünyasını dəyişib

Xəbərlər

3 İyun 2025, 08:50
Türkiyədə zəlzələ: 14 yaşlı uşaq dünyasını dəyişib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.

AzEdu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Yerlikaya qeyd edib ki, zəlzələ nəticəsində 14 yaşlı uşaq panik atak nəticəsində dünyasını dəyişib.

Nazirin sözlərinə görə, təşviş və hündürlükdən tullanma nəticəsində 69 nəfər xəsarət alıb, onlardan 46-sı xəstəxanaya çatdırılıb.

Ali Yerlikaya şəhərdə dağıntı olmadığını vurğulayıb.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox