Mingəçevirdə KIA markalı avtomobillə vurulan piyadalar - 2008-ci il təvəllüdlü Ədalət Nəzərli və Murad Məmmədov məktəbli imiş.
AzEdu.az xəbər verir ki, 11-ci sinif şagirdləri ali məktəbə sənəd veriblər və hadisə zamanı hazırlıqdan gəlirmişlər.
Abituriyentlər yolu keçərkən "KIA" markalı avtomobil idarəetməni itirərək onları vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
17:47
Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, hərəkətdə olan "Kia" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 2008-ci il təvəllüdlü Ədalət Nəzirli və 2008-ci il təvəllüdlü Murad Məmmədlini vurub.
Xəsarət alan şəxslərin vəziyyətləri hələ ki, məlum deyil.