Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.
AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) Baku TV-yə verilən məlumatda yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
"Sosial şəbəkədə Yasamal rayonu ərazisində yerləşən uşaq meydançalarının birindən uşaq oğurlanması ilə bağlı yayılan iddia əsassızdır. Polis əməkdaşları tərəfindən iddialar araşdırılıb, qeyd olunan ünvan üzrə bu halın baş verməsi təsdiqini tapmayıb", ‒ məlumatda qeyd edilib.
Ətraflı videomaterialda: