Azedu.az

Cəlilabadda 37 yaşlı kişini qətlə yetirən gənc həbs edildi

Xəbərlər

2 İyun 2025, 14:46
Cəlilabadda 37 yaşlı kişini qətlə yetirən gənc həbs edildi

Cəlilabad rayonunda 37 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən 2006-cı il təvəllüdlü Orxan Əkbərov həbs edilib.

AzEdu.az xəbər verir ki, Cəlilabad Rayon Məhkəməsində O.Əkbərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, hadisə mayın 29-da, axşam saatlarında Cəlilabad şəhərinin Səttərxan küçəsindəki mənzillərdən birində baş verib.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Bəhruz Hüseynov evində ürəyindən bıçaqlanıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov saxlanılıb.

Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK
Son xəbərlərDaha çox